Qadin.NET / Hava haqqında - 14.08.2013

Hava haqqında - 14.08.2013

 

Hava haqqında - 14.08.2013
Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, günün birinci yarısında havanın qısa müddətə tutulacağı gözlənilir.
Temperatur gecə 20-24°, gündüz 30-35° isti olacaq.
Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx çimərliyində, Sahildə 26-27° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 18-23°, gündüz 32-37° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 22-27° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 17-22°, gündüz 30-35° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 16-21, gündüz 26-31° isti olacaq.

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 19-24°, gündüz 31-36° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Həftənin ikinci yarısında ölkə ərazisində temperatur rejiminin yüksələcəyi, maksimal temperaturun aran rayonlarında 35-38° isti bəzi yerlərdə 40°-dək isti, Bakıda və Abşeron yarımadasında 35-38° isti olacağı gözlənilir. Gözlənilən anomal isti hava şəraiti ilə əlaqədar gündüz saatlarında günün altında qalmaq məsləhət deyil.
 
Mənbə: Milli .az
14 avqust 2013
GO BACK