Qadin.NET / Günün ulduz falı - 14.08.2013

Günün ulduz falı - 14.08.2013

 

Günün ulduz falı - 14.08.2013
Qoç - günə aktiv başlayın, astagəllik etməyin. Yaxın gələcəklə bağlı planlarınızı etibar etidiyiniz insanla nəzərdən keçirin. Gələn xəbərlərə, hadisələrin qəfil dəyişikliklərinə fikir verin.İşlərdə irəliləyiş üçün əlverişli gündür. 
Konkret məsələdə gərəyiniz olan informasiyanı, məlumatı əldə etməyə çalışın. Fəaliyyətinizi təkmilləşdirməyin yollarını arayın. Ab-hava və ya diskusiyya formaları yox, məzmun və təkliflərin faydalı mübadiləsinin ön planda olduğu toplantı uğurla keçəcək. Axşam saatlarını əyləncəyə, istirahətə həsr edin. Şəxsi münasibətlərdə sevdiyiniz adamı hədiyyə ilə sevindirin.

 Buğa - uğurlu və əlverişli gündür. Sadə həllər və sürətli, asan qələbələr olmayacaq. Amma məqsədə doğru qətiyyətlə irəliləsəniz, planlarınızın əhəmiyyətli qismini reallaşdıra bilərsiniz. Yeni layihənizlə bağlı aydın və səlis danışıb yaxın ətrafınızdakı insanları inandıra bilsəniz, yaxın gələcəkdəki işlərin təməli qoyulacaq.Günün ikinci yarısında yeni istiqamətdə fəaliyyətə başlamaq olar. Maraqlarınız bəzilərinə toxunsa da, tərəfdaşınıza yeni imkan və vasitələrdən yararlanmağa mane olmayın. Rüh düşkünlüyünə qapılmayın, nikbin olun. Sədlər və maneələri dəf etmək olar.

Əkizlər - yeniliklər və dəyişikliklər vəd edən gündür. Şəraitə və situasiyaya rəğmən işlərdə, yaxud münasibətlərdə mühüm mərhələni başa vurun. Real ideyaların həyata keçirilməsi, səfər və səyahət üçün uğurlu gündür.Fərqli maraqları, çoxsaylı faydalı ideyaları olan insanlarla ünsiyyətdə fayda var. Sizinlə həmfikir insanlar ətrafınıza toplaşacaq. Lakin vaxtınızı söhbət və müzakirələr həsr etmək əvəzinə, mükalimələrin faydalı olmasına sərf edin. Təsadüflərin böyük rolu var. İntuisiya isə bel bağlaya biləcəyiniz insanı sizə göstərəcək.

Xərçəng - sayıq olun, qarşınıza konkret məqsədlər qoyun. Yaranmış şəraitdə dəqiq yön seçərək məqsədə doğru optimal kursla irəliləyin. Gəlir istisna deyil. Yaxın gələcəkdə baş verəcək hadisə barədə ilkin siqnallar alacaqsınız.Hadisələrə süni təkanlar verərək onları sürətləndirməyə çalışmayın. Dəvət aldığınız tədbirə qatılın.Gnün ikinci yarısında ətalətli olmayın, romantik illüziyalara aldanmayın. Yeni tanışlıq, yeni planın yaranması istisna deyil. Tərədaşla müzakirələrdə ümumi perspektivləri nəzərdən keçirin.
 
Şir 
- hadisələrin mərhələlərinin dəyişməsinə hazır olun. Şərtlərin və situasiyanın dəyişkənliklərinə hazır olun. İmkan varsa, borcları qaytarın, vədləri yerinə yetirin, yaxınlarınızın istəklərinə qulaq asın.Tələsik, düşünülməmiş qərar verməyin. Dürüst addım istisna deyil. Vəd verməyin. Əks təqdirdə gərginlik səngiyəndən sonra vədin yerinə yetirilməsində çətinliklərlə qarşılaşacaqsınız.Eqoist və təşəxxüslü olmayın. Situasiyadan yararlanın, çünki dəyişikliklərdəki faydanı və hələlik aşkar olmayan mənfəəti daha tez görəcəksiniz. Romantik görüş üçün yaxşı gündür.
 
Qız - bu gün borcları qaytarın, öhdəlikləri yerinə yetirin. Spontan yaranan imkanlardan yararlanın, şansı əldən verməyin. 
Həyata keçirmək istədiyiniz layihədə diqqətli olun, səhvlərə yol verməyin. Yaşanan situasiyalar arasında təsadüfi olanı yoxdur. Bəzi cavabları tapmaq asan olsa da, müəmmalı durumları araşdırmağa başlamayın.Daxili gərginlik və iradların səviyyəsini bir qədər aşağı salın. Səhhətinizə, vücudunuza diqqət yetirin. Axşam saatlarında gəzintiyə çıxın.
 
Tərəzi - dünyagörüşünüzdə harmonik dəyişikliklər olacaq. Bəlli istiqamətdə yeni perspektivləri hiss edəcəksiniz. Emosiyalar pik nöqtəsinə çata bilər. Yeni informasiyanın alınması və ya ciddi söhbət istisna deyil. Bundan sonra hərəkət edəcəyiniz yönü müəyyənləşdirin. Ünsiyyət dairəsini elə seçin ki, özünüzü rahat hiss edəsiniz və gərgin qalmayasınız. Mühüm iş, görüş və ya danışıqları istirahətə qurban verməyin. Diqqətli, səlis olun.Maraqlı xəbərlər, dəvət ala bilərsiniz. 
Şəxsi həyatla bağlı problemi həll edin.
 
Əqrəb - əldə etdiyiniz informasiyalar və resurslar sayəsində ideallarınız reallaşa bilər. Günü hazırlıq tədbirlərinə və varsa, borcların ödənməsinə həsr edə bilərsiniz. Tərəfdaşla birgə hazırladığınız layihəni inkişaf etdirmək, səfərə və ya yeni işə hazırlaşmaq olar. Bundan sonra atacağınız addımları, qəbul edəcəyiniz qərarları dəqiqləşdirin. Problemlərlə qarşılaşacağınız və uğur əldə edə biləcəyiniz müstəviləri konkretləşdirin. Potensialınızı tam reallaşdırmağa çalışın. Yeni imkanlar və şanslar formalaşır.
 
Oxatan - bundan sonrakı aylardakı fəaliyyətinizi müəyyənləşdirəcək hadisələr yaşanacaq. Planlar qurun, gözlənilmədən yaranan şanslardan istifadə edin. Gördüyünüz işin şərtləri, iştirakçıları, prioritet və məqsədləriniz dəyişir.
Marağınızı yeni istiqamətə yönəldə biləcək tanışlıq və ya maddi perspektivlərə faydalı düzəlişlərlə əlavələr ola bilər.
Böyük gərginlik tələb etməyən işlərlə məşğul olun. Yaxın ətrafınızdakı insanlara yetərincə diqqət ayırın. Onların istək və əhvalını nəzərə alın, amma kimsənin nazı ilə oynamayın.
 
Oğlaq - mühüm gündür. Maksimum nəticə əldə edə biləcəyiniz istiqaməti və sizə yardım edəcək insanı müəyyənləşdirin. 
Tərəfdaşlarla planları müzakirə edərək sizi narahat edən məsələlərdə dəstək ala bilərsiniz. Dəyişikliklərin impulslarına həsas olun. Yaşamınıza daxil olan olaylara sədlər yaratmayın. Həmin hadisələr planlarınızı dəyişə bilər.
Romantik münasibətlərdə rollar qəflətən dəyişəcək, yeni nüanslar aşkarlanacaq. Alış-verişdə ehtiyatlı olun. Maraqlı, amma gərəksiz əşya almayın.

Dolça - hadisələrin dinamikasından asılı olaraq iş və ya şəxsi həyatınızla bağlı məsələlər ön plana çıxa bilər. 
Gərginliyin hiss olunduğu məqamda planı və ya qrafiki dəyişmək, profilaktik tədbirlər keçirmək olar. Önəmli insanlarla münasibətlərdə qəfil situasiyalar yaşana bilər. Hadisələrin axarına güvənin. Dəyişikliklər həyatınızın yenilənməsi üçün gərəkdir. Günün ikinci yarısında önəmli heç bir hadisə baş verməsə belə, yeni təmayülləri, ideyaları duyun. Niyyətlərinizə huşyar olun. Əlavə iş təklifi alsanız, mənfəəti və resurslarınızı dəyərləndirin. Təklifin sizə nə qədər gərək olduğunu düşünün.

 Balıqlar - işlərinizi sürətləndirməyə və daha konkret nəticələr əldə etməyə imkan verən tədbirlərlə məşğul olun. İntellektualfəaliyyət yaxşı alınmayacaq. Fiziki iş isə fayda və həzz verəcək.Günün ikinci yarısını təbiətdə, açıq havada keçirməyə çalışın. Romantik münasibətlərdə təşəbbüsə ehtiyac yoxdur. Tərəfdaşın maraqlarının yer aldığı müstəvi ilə bağlı irad və ya tələbdən geri çəkilmək yaxşı taktiki gediş sayıla bilər. Axşam saatlarında tempi aşağı salın, istirahət edin. Maraqlandığınız və ya sevdiyiniz məşğuliyyəti seçin.

Mənbə: Milli.az
14 avqust 2013
GO BACK