Qadin.NET / Həmyerlimiz Hollandiyada erməni idmançının çənəsini oynatdı

Həmyerlimiz Hollandiyada erməni idmançının çənəsini oynatdı

Hollandiyanın Rotterdam şəhərində gənclər arasında boks üzrə Avropa birinciliyinə start verilib. Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, yarışda 38 ölkənin 249 idmançısı mübarizə aparır. Millimiz baş məşqçi Şamil Əlimcanovun rəhbərliyi altında turnirdə tam heyətlə çıxış edir.
Yarışın ilk günündə rinqə çıxan 3 boksçumuzun hamısı qələbə qazanıb. 56 kq çəki dərəcəsində çıxış edən Nəsrəddin Məmmədov İsveçrə nümayəndəsi Əhməd Altintası məğlub edib. Məmmədov 1/8 finalda Çexiyanı təmsil edən Erik Aqatelyanla üz-üzə gələcək.
Valeh Ramazanov da (60 kq) Avropa birinciliyinə qələbə ilə başlayıb. Boksçumuz belaruslu Miko Xaçatryan üzərində inamlı qələbə qazanıb. Millimizin üzvü 1/8 finalda Bosniya və Hersoqovina idmançısı Adem Fetahoviçlə qarşılaşacaq.
Yığmamızın liderlərindən olan Rahil Məmmədli də (81 kq) ilk görüşdə qələbə qazanıb. Məmmədli Gürcüstan təmsilçisi Georgi Georqadzedən üstün olub. Təmsilçimiz 1/8 finalda türkiyəli Rəsul Kuçukla döyüşəcək.
Bu gün daha 4 boksçumuz rinqə çıxacaq.
+91 kq. Məhəmmədəli Tahirov – Aurelian Turkanu (Rumıniya)
69 kq. Hidayət Musayev – Konstantin Xustani (Gürcüstan)
49 kq. Münasib Məmmədov – Anton Naxnakoy (Belarus)
75 kq. Nəbi Bağırov – Mike Steffensen (Danimarka)
Qeyd edək ki, Avropa birinciliyində Rövşən Hüseynov ölkəmizi hakim kimi təmsil edir.
Mənbə: Milli.Az

13 avqust 2013
GO BACK