Bakıda Azərbaycanın ən böyük hava yolları şirkəti olan AZAL üçün nəhəng və möhtəşəm ofis binası tikilir. Publika.Az-ın məlumatına görə, inşaat işləri Bakının ən böyük prospekti olan Heydər Əliyev prospektində aparılır.
Bina prospektin üzü şəhərin mərkəzi istiqamətində olan hissəsinin sağ tərəfində yerləşəcək. Artıq ərazidə torpaq və özül işləri həyata keçirilir. “Azal Tower” yeni tikilən Neft Fondunun nəhəng ofis binası ilə qonşuluqda yerləşəcək. Bina qeyri-adi görünüşü və digər özəllikləri ilə də seçiləcək.
Mənbə:Milli.az