Qadin.NET / Google Maps-dan Azərbaycana qarşı təxribat - FOTO

Google Maps-dan Azərbaycana qarşı təxribat - FOTO

 

 

Google şirkətinin Google Maps xidmətində Bakının Bayraq Meydanında yerləşən Azərbaycan bayrağının 3D modeli təsvir olunub.
APA-nın Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, bu modeldə Azərbaycana qarşı növbəti təxribat xarakterli addım atılıb.
Belə ki, Azərbaycanın Dövlət Bayraq Meydanının həmin 3D modelində ölkə bayrağı cırılmış şəkildə təsvir olunub: "Bu problemin aradan qaldırılması üçün azərbaycanlı internet istifadəçilərinin Google şirkətinə şikayət məktubu ünvanlanması xahiş olunur".
Mənbə: Milli.Az

 

 

13 avqust 2013
GO BACK