Qadin.NET / Azərbaycanda bir sıra kitabxanalarda "Wi-Fi" zonaları yaradılıb

Azərbaycanda bir sıra kitabxanalarda "Wi-Fi" zonaları yaradılıb

"2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında" Prezident sərəncamının icrası, habelə kitabxanalarda oxucu auditoriyasını genişləndirmək məqsədilə bir çox kitabxanaların oxu zalında "Wi-Fi" zonaları yaradılıb. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin cari ilin birinci yarısında gördüyü işlərə dair hesabatında deyilir.
Həmçinin hesabatda qeyd olunur ki, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nəzdində kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, Elektron kataloqların ümumi Toplu kataloqu və "AZLİBNET" Milli Kitabxana-İnformasiya Mərkəzi yaradılıb. Toplu Kataloqun geniş təqdimatı keçirilib və kataloq istifadəyə verilib. Toplu Kataloq Azərbaycan Diplomatik Akademiyasının Elmi Kitabxanasının elektron bazasına daxil edilib.
Eyni zamanda, Gəncə şəhər, Beyləqan, Xaçmaz, Göyçay, İsmayıllı, Salyan, Şabran və Neftçala rayon MKS-ləri üçün nazirlik tərəfindən elektron nəşrlər alınaraq təmənnasız olaraq göndərilib.

Mənbə: Milli.Az

14 avqust 2013
GO BACK