Qadin.NET / Bu gecə göydən ulduz yağacaq

Bu gecə göydən ulduz yağacaq

 

Bu gecə göydən ulduz yağacaq

 

Bu gün Yerin sakinləri ulduz yağışını müşahidə edə biləcəklər

AzərTAc yazır ki, avqustda ulduz yağışı Perseid meteor axınının ən gözəl və möhtəşəm hadisəsi hesab olunur. Çərşənbə axşamına keçən gecə bu hadisəni maksimum səviyyədə müşahidə etmək mümkün olacaq.
Novosibirsk sakinləri bu hadisəni artıq bazar ertəsi axşamdan müşahidə edə bilirlər. Meteorlar planetlərarası cisimlərin kiçikölçülü elementləridir. Bir qayda olaraq, onların ölçüsü qum dənəsindən noxud dənəsinin ölçüsünədək də olur. Onlar saniyədə iyirmi kilometrdən artıq sürətlə Yer atmosferinə yaxınlaşır. Onlar Yer atmosferinə daxil olan kimi praktiki olaraq bir anda yanır. Səmada yalnız kilometrlərlə məsafədən görünən gözəl parlaq iz qalır. Bu hadisə bir neçə saniyə davam edir, lakin onun mənzərəsi insanı valeh edir.
Qeyd etmək lazımdır ki, Perseid axınını iyulun on yeddisindən avqustun iyirmi dördünədək müşahidə etmək olar. Ulduz yağışı aydın havada xüsusilə yaxşı görünür. Bu hadisəni daha yaxşı görə bilmək üçün yaşayış məntəqəsinin kənarına çıxmaq lazımdır. Bununla yanaşı, mütəxəssislər bildirirlər ki, müşahidəni xüsusi qurğudan istifadə etmədən müstəqil şəkildə aparmaq olar. Beləliklə, hər kəs bu heyranedici mənzərədən tam şəkildə zövq ala bilər. Novosibirsk sakinləri meteoritlərin düşməsini axşam saat on birdən etibarən görə bilərlər. Saatda yüzə qədər meteorun düşməsini müşahidə etmək mümkündür.
Proqnozlara görə, bu il ən güclü meteor yağışı müşahidə olunacaq. Mütəxəssislər Persey bürcünün harada yerləşdiyini müəyyənləşdirmək üçün özünüzlə ulduz xəritəsini götürməyi tövsiyə edirlər. Bütövlükdə, meteor axını səmanın hər tərəfində görünəcək. Hər kəs minlərlə meteoritin düşdüyü anda ürəyində arzu tuta bilər. Elm üçün bu hadisə, hər şeydən əvvəl, Günəş sisteminin ətraflı öyrənilməsidir. Mütəxəssislər hesab edirlər ki, əgər kosmik gəmi həmin axına düşərsə, onda o xeyli dərəcədə əzilə bilər. 
Mənbə: Milli.Az

14 avqust 2013
GO BACK