Qadin.NET / Şəmkirdə bu il üzüm sahələrindən bol məhsul götürüləcək

Şəmkirdə bu il üzüm sahələrindən bol məhsul götürüləcək

 Şəmkirdə bu il üzüm sahələrindən bol məhsul götürüləcək

Milli.Az Türkel TV-yə istinadən xəbər verir ki, üzümçülük rayonu kimi tanınan Şəmkirdə bu il də bol məhsul götürüləcəyi proqnozlaşdırılır. Hazırda rayonda 526 hektar üzüm bağı var. Üzüm plantasiyalarının təxminən 200 hektarı isə son iki ildə salınıb.
Ötən ilə nisbətən bu il Şəmkir rayonunda üzümçülüyün məhsuldarlığında xeyli artım müşahidə olunur.
Üzümçülük kənd təsərrüfatının gəlirli sahələrdəndir. 2012-2020-ci il Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair dövlət proqramına əsasən, Şəmkir rayonunda da üzümçülük təsərrüfatları artırılır. Ötən illərə nisbətən bu il məhsuldarlığın da yüksək olacağı gözlənilir. Fermerlərin sözlərinə görə, üzümün məhsuldarlığı bir neçə amildən asılıdır. Bunun üçün vaxtı-vaxtında suvarılma, tinglərin düzgün budanması və uyğun hava şəraiti olmalıdır. Digər amil isə toxumun düzgün seçilməsidir. Şəmkir üzümü daha çox şərab istehsalında istifadə olunduğundan toxumlar xaricdən gətirilir. Hazırda Şəmkir rayonunda 526 hektar sahədə üzüm becərilir. Sahibkarlara da yerli icra orqanları tərəfindən hər zaman köməklik edilir. Qeyd edək ki, Şəmkirdə toplanan üzüm şərabçılıqla yanaşı ölkənin üzümə olan tələbatını da ödəyir
Mənbə:Milli.az 

14 avqust 2013
GO BACK