Qadin.NET / Astara rayonuna 3,3 milyon manat ayrılıb

Astara rayonuna 3,3 milyon manat ayrılıb

Astara rayonuna 3,3 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.Lent.az-ın məlumatına görə, sərəncama əsasən, otuz üç min nəfər əhalinin yaşadığı 45 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon (üç milyon üç yüz min) manatı Astara Rayon İcra Hakimiyyətinə ayrılıb.
Mənbə:Lent.az 

14 avqust 2013
GO BACK