Qadin.NET / Azərbaycanda dəmiryol xətti əsaslı təmir olunur

Azərbaycanda dəmiryol xətti əsaslı təmir olunur

 Azərbaycanda dəmiryol xətti əsaslı təmir olunur

Dövlət Proqramı çərçivəsində bu günə kimi 263, 7 km dəmir yolu əsaslı təmir olunubAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı sürətlə icra olunur."Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədovun Milli.Az-a verdiyi məlumata görə, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
13 avqust 2013-cü ildə dəmir yolunun Müsüslü-Bərgüşad mənzilində 12 kilometr yolun əsaslı təmirinə başlanıldı. Səhər tezdən start götürən təmir işləri ayın sonuna kimi  davam edəcək.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyovun verdiyi məlumatda bildirilir ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilmiş,  bu günə kimi 263,7 kilometr yol əsaslı təmir olunmuş, bunun da 191 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatmışdır. 
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik  istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin  təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.
Mənbə:Milli.az 

13 avqust 2013
GO BACK