Bakı Metropoliteni "Elmlər Akademiyası" stansiyasının əlavə çıxışını 2014-cü ildə istismara vermək niyyətindədir. Bu barədə Trend-ə bazar ertəsi Bakı Metropolitenindən olan mənbə bildirib.
"Elmlər Akademiyası" stansiyası ərazisində bir sıra ali məktəblər, Azərbaycan Milli Elmlər Akademiyası, digər dövlət müəssisələri və nazirliklər yerləşir.
Mənbə vurğulayıb: "Əlavə çıxışın tikintisi çərçivəsində işlər davam etdirilir və ən yaxşı halda o gələn il istifadəyə veriləcək".
Onun sözlərinə görə, baxmayaraq ki, stansiyanın ikinci çıxışının tikintisi zamanı bəzi çətinliklərlə qarşılaşılır, lakin müasir texnologiyaların istifadəsi ilə işlər uğurla həyata keçirilir.
Bu layihə çərçivəsində dörd əlavə çıxış tikiləcək ki, bunlardan ikisi Bakı Dövlət Universitetinin qarşısında, qalan ikisi isə avtomobil yolunun yaxınlığında yerləşəcək.
Digər stansiyalarda əlavə çıxışların tikintisi mümkünlüyünə toxunan mənbə vurğulayıb ki, iki mərkəzi stansiya olan "İçərişəhər" və "Sahil" stansiyalarında əlavə çıxışların olmasına ehtiyac var.
Mənbə agentliyə bildirib: "Bu stansiyaların hər birinin bir çıxışı var və burada da o cümlədən əlavə çıxışların tikintisinə dair məsələyə baxılır".
Onun sözlərinə görə, bu məsələ üzrə müəyyən işlər görülüb, lakin onlar şəhərin mərkəzində yerləşdiyindən ən çətin məsələ bu stansiyaların çıxışlarının yerlərinin seçilməsidir.
Mənbənin sözlərinə görə, o cümlədən "Xətai" stansiyasında da əlavə çıxışın tikintisi nəzərdə tutulub. Mənbə vurğulayıb ki, "Bu halda əlavə çıxış metronun yeni xətti (yasəmən) çəkilməsi işləri çərçivəsində tikiləcək".
Mənbə:Trend.az