Qadin.NET / Günün ulduz falı - 13.08.2013

Günün ulduz falı - 13.08.2013

Qoç - yığılıb artan iradlar və narazılıq vəziyyəti gərginləşdirə bilər. Ünsiyyəti normal səviyyədə saxlamaq asan deyil.
Nikbin, gülərüz olun. İşinizi görün, kənar qıcıqlandırıcı ünsürlərə diqqət verməyin. Öhdəliklər və vədləri yerinə yetirin. Yeni işə başlamayın. Qəfil xəbərlər və təxribatlar təcili cavab, reaksiya istəyi yaratsa da, məntiqli, soyuqqanlı davranın.
Xəbər və informasiya axtarışı, alınan məlumatların işlənməsi, yazışmalar, planların müzakirəsi, layihələrin nəzərdən keçirilməsinə yetərincə vaxt ayırın.
Detalları qulaqardına vurmayın. Önəmli məsələlər diqqətinizdən yayınmasın.

Buğa - yaxınlarınız və ailə üzvləriniz üçün görəcəyiniz işlərdə uğur qazanacaqsınız. Sevdiyiniz insanların diqqət və qayğınıza ehtiyacı var. Tələsməyin, işlərinizdə və yaşam arealınızda qayda yaradın.
Dediklərinizə və etdiklərinizə estetik komponentlər qatın.
Təmasları elə seçin ki, əsəbləriniz gərilməsin. Yaşamınızda təsadüf təsiri bağışlayan hadisələri, onların dəyişdiyi nüansları təhlil edin.
Günün ikinci yarısında xərclər artır. Şəxsi münasibətlərdəki gərginlikdən qurtulmaq üçün adi vaxtlardan fərqli olaraq daha cəsarətli addımlar atın.

Əkizlər - mövqelərinizi möhkəmləndirərək yeni imkanlar yarada biləcək tədbirləri planlaşdırın. Hansısa məqam aktiv marağınıza səbəb olursa, məsələnin həllinə kompleks yanaşın.
Sonrakı fəaliyyət üçün materialları hazırlayın, zəruri qərarlar qəbul edin.
İşgüzar və şəxsi münasibətlərdə eqoistcəsinə davranmayın.
Kollektiv fəaliyyət, dostlarla münasibətlər qeyri-formal ünsiyyətdəki təkanlar ilə bağlı məsələlər yenidən aktivləşir. Qəfil və gözlənilməz nəyinsə gözləntisi vardısa, yaxın vaxtlarda sürprizlərə hazır olun.
Hər şeyin normal olduğu müstəvidə hadisələrin süni inkişafına səbəb olmayın.
Axşam saatları istirahət, dostlarla görüş, müzakirələr üçün pis vaxt deyil.

Xərçəng - mübahisələr və perspektivdə gerçəkləşdirilə biləcək layihələrin müzakirələrinə həddən ziyadə vaxt ayırmayın. Cari işlərə yetərli vaxt ayırın. Təcili qayda yaradılmasına ehtiyac duyulan müstəvidə aktiv olun.
Təəssüratlar, tələblər, sorğular və dəvətlərin çoxluğu sizi yora bilər. Niyyətlərdə razılaşdırılma problemi var ki, bu da harasa hazırlaşmaq və vədələşilən yerə çatmaq yönündə problemlər yaradır.
Plan və marşrutlar qəflətən dəyişə bilər.
Yaşamınızda uzun müddətdən bəri mövcud olan, sizi narahat edən problemi çözmək istiqamətində növbəti addımları atın.

Şir - başqalarından və xüsusilə də situasiyadan yardım gözləməyin. Etiraf, bəyanat, açıqlama gözlənilən effekti verə bilər.
Saatlar keçdikcə səs-küy, tələskənlik, təlaş arta bilər. Soyuqqanlı və təmkinli davransanız, bir çox mürəkkəb işlərlə prosesləri sadələşdirə bilərsiniz.
Asanlıqla barışa bilərsiniz. Uzun müddətdən bəri davam edən münaqişəyə son qoyun, "keçənə güzəşt" deyin.
Şərtlər ehtimal edilməsi çətin məcrada inkişaf edərək yaşamınıza insanları cəlb edəcək, ümumi perspektivləri göstərəcək.
Həmin şəxslər yaxşı tanıdığınız adamlardır. Onlarla birgə maraqlarınız çoxdur və dəyərləriniz uyğundur.

Qız - işlərin hamısını başa vurmaq üçün səylər göstərin. Niyyət və planlarınızı reallaşdıranda aktiv olun, kiçik sədlər və maneələrin qarşısında geri çəkilməyin.
Evinizdə nəyisə dəyişmək üçün əlverişli zamandır.
Son vaxtlar alınan məlumatları qaydaya salın.
Aldığınız əşyaları dəyərləndirin. İnformasiya və yaşam məkanınızda nəsnələrə yer tapın.
Yeni dizayner əşyalarından yararlanmaq olar.
Səhhətinizin qeydinə qalmağı unutmayın. Yeni pəhrizə başlamaq üçün uğurlu gündür.

Tərəzi
- yeni təəssüratlara hazır olun. Yaxın gələcəkdə yaşamınızda önəmli rol oynaya biləcək hadisə başlanır. Ünsiyyət çevrənizi məhdudlaşdırmayın.

Məntiqli eqoizm nümayiş etdirin və hələlik önəmli, ciddi qərarlar qəbul etməyin. Sizdən uzaq, bir zamanlar hansısa səbəblərə görə ünsiyyətin kəsildiyi insanla əlaqə saxlamaq üçün əlverişli gündür.
Günün ikinci yarısı aktiv istirahət, səyahət və səfər üçün əlverişlidir.
İndi gərəksiz, əhəmiyyətini itirmiş nəsnələr və hisslərdən qurtulun. Yaşamınıza yeni emosiyalar və hisslər qatın.

Əqrəb - mənfəət və şəxsi maraqların təminatı sizə fəaliyyətinizin praktiki yönlərini dəqiq anlamağa yardım edəcək. Bu gün keçiriləcək görüş və müzakirlərdə məntiqli, ağıllı təkliflərlə çıxış edin. Həmsöhbətə emosional təsir göstərməyə can atmayın.
Stereotiplərdən, saxta ehkamlardan qurtulun. Şərtlərin təsiri altında planları dəyişmək məcburiyyəti ilə razılaşın. Yaradıcılıq məziyyətlərinizin aşkarlanması üçün pis gün deyil. Populyarlığınız arta bilər.
Axşam saatlarında ailəvi, aktiv istirahəti seçin.

Oxatan - gərginlik, əhval-ruhiyyənin heç bir motivasiya olmadan dəyişdiyi gündür. Situasiyanı bir qədər yumşaltmağa çalışın.
Yaxın ətrafınızdakılardan biri həddən artıq sərt və dözümsüz davranırsa, emosiyalara uymayın. Kiminsə səmimiliyi və qəfil həqiqəti sizdə rahatsızlıq hissi yarada bilər. Bununla belə, əldə etmək istədiyiniz xəbəri almaq şansları var.
Həyatın öz oyun qaydalarını diqtə etdiyi məkanda volüntaristlik etməyin. Əsas məsələləri reallaşdırmağa davam etmək üçün kiçik məqamlarda güzəştə getməyi bacarın.
Şəxsi münasibətlərdə maraqlarınız və niyyətlərinizlə bağlı inadkar olun. Tərəfdaş və ya həmkar sizə analoji münasibət göstərəcək.
Ümumi məqsədə köklənə bilsəniz, əhəmiyyəti nəticəyə nail olacaqsınız.

Oğlaq - diqqətinizi maddi məsələlərin həllinə yönəldin. Məhdudiyyətlərə fikir verməyin. Niyyət və istəklərinizin gerçəkləşdirilməsində qətiyyətli olun.
Cari situasiya ilə barışın, işlərinizi tamamən başa vurmağa can atın. Yarımçıq qalmış işləri bitirin, yaşam arealınızı qaydaya salın.
Diaqnostika, fiziki prosedurlar, pəhrizə başlamaq üçün yaxşı gündür.
Təmir işləri və ya hobbi üçün materiallar, avadanlıq almaq olar.
Ailə üzvəriniz sizdən qayğı və diqqət gözləyir.
Mümkün qədər az danışmağa çalışın. Yalnız sizə yeni, faydalı məlumat verə biləcək insanlarla təfsilatlı mükalimə qurmalısınız.
Şəxsi münasibətlərdə tərəfdaşa yardım, kiçik və faydalı hədiyyələri unutmayın.

Dolça - gərəkli nəticəyə nail olmaq istəyirsinizsə, əmr etməyə və liderliyə can atmayın. Yardım gözlədiyiniz insanı diqqətlə dinləyin.
Yaxınlarınızdan birinin işində və ya layihəsində iştirak edə bilərsiniz. Məqsədə çatmaq üçün bütün zəruri vasitələrdən yararlanın.
Günün ikinci yarısı aktivliyinizi bir qədər azaldın. Emosiyalarınızı təhlil etmək, hisslərinizi aydınlaşqdırmaq üçün bir qədər kənara çəkilin, tək qalın. Özünüzü çox yormayın.
Axşam saatlarında idman, ya da yaradıcılıqla məşğul olmaq olar.
Qəfil xəbərlər yeni tərəfdaşlıq və ya maraq dairəsində birləşmə vəd edir.

Balıqlar - izafi iş və əlavə tapşırıqlar ailədə gərginlik yarada bilər. Hansısa işi evə aparmayın, başqalarının problemləri ilə məşğul olmayın.
Münaqişələrdən yan keçə bilməsəniz, həddən ziyədə açıq etiraflar və sərt tənqidlərdən çəkinin. Başqalarının mövqelərini və ya yaşam məziyyətlərini dəyişməyə can atmayın.
Stress səviyyəsini aşağı salmaq üçün səylər göstərin. Maraqlandığınız işlə məşğul ola bilərsiniz.
İnformasiya axtarışlarında səbrli olun.
Müxtəlif tapıntı və ideyalar istisna deyil. Həmin ideyalardan bir neçəsini yaxın vaxtlarda reallaşdıra bilərsiniz.
Mənbə: Milli.Az
13 avqust 2013
GO BACK