Apple şirkəti yeni iPhone smartfonunu sentyabrın 10-a nəzərdə tutduğu tədbirində anons etməyə hazırlaşır
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə All Things Digital texnobloqu məlumat yayıb. Yeni smartfonun buraxılışı Apple üçün ilin əsas hadisəsidir. 3-cü rübdə gəlirin 51%-ni, yaxud 18,1 milyard dolları şirkət məhz iPhone-un hesabına qazanıb. Lakin qlobal smartfon bazarı miqyasında şirkətin payı azalmaqdadır. İDC-nin məlumatına görə, ikinci rübdə o, 3,45-dən 13,2%-dək enib. Bunun əsas səbəbi isə Samsung-la olan ciddi rəqabət, həmçinin elə də baha olmayan və yaxşı xarakteristikalara malik Android-smartfonlarının peyda olmasıdır.
Mənbə: Milli.Az