Bu gün tanınmış aktrisa, "Muhteşem yüzyıl" serialında canlandırdığı Hürrəm Sultan obrazına görə tamaşaçıların könlünə yol tapan Məryəm Üzərlinin 30 yaşı tamam olur. Milli.Az xəbər verir ki, Məryem Sahra Üzərli 1983-cü ildə, avqustun 12-də Almaniyanın Kassel şəhərində dünyaya göz açıb. Onun atası türk, anası isə almandır.
O, rejissor Timur Savcı və ssenarist Meral Okayın "Muhteşem yüzyıl" serialında rol almaq üçün 8 ay müddətində seçim turlarından keçib və sonda Hürrəm Sultan rolu üçün ən münasib aktrisa kimi seçilib.
2011-ci ildə Hürrəm Sultan roluna görə iki dəfə ən yaxşı qadın aktrisa, bir dəfə isə TV ulduzları mükafatına layiq görülüb.
Aktrisa 2013-cü ilə qədər tükənmişlik sindromu ucbatından onu ulduz edən "Muhteşem yüzyıl" serialından ayrılıb.
Mənbə: Milli.Az