Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz keçəcək.
Saniyədə 6-11 metr sürətlə şimal-qərb küləyi, gündüz 7-12 metr sürətlə cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23°, gündüz 29-34° isti, Bakıda gecə 20-22° isti, gündüz 30-32° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 23-24°, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, və Sahildə 25-26° olacaq.
Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi, saniyədə 5-10 metr sürətlə şərq küləyi əsəcəyi ehtimal olunur. Gecə 17-22°, gündüz 30-35° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, saniyədə 5-10 metr sürətlə şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15°, gündüz 19-24° isti olacaq.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, saniyədə 5-10 metr sürətlə şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 18-23°, gündüz 29-34° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, saniyədə 5-10 metr sürətlə şərq küləyi əsəcəyi gözlənilir.
Gecə 14-19°, gündüz 26-31° isti olacaq.
Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, saniyədə 5-10 metr sürətlə şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23°, gündüz 30-35° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Saniyədə 5-10 metr sürətlə şərq küləyi əsəcək.
Gecə 17-22°, gündüz 28-33° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacağı gözlənilir.
Mənbə: Milli.Az