Qadin.NET / Günün ulduz falı - 11.08.2013

Günün ulduz falı - 11.08.2013

Qoç - tələsməyin, gərgin çalışmayın. Yaşamın sizə verə biləcəkləri arasında ən yaxşılarına can atın. Eyni vaxtda bir neçə iş görməyə çalışmayın. Bir işi seçin, amma onu başa vurmaq, gerçəkləşdirmək və ya inkişaf etdirmək üçün əllərinizdən gələni edin.
Planlarınızı həyata keçirmək üçün yardımdan yararlanın. Dediklərinizin xüsusi çəkisi var, amma hadisələri tələsdirməyin. Ətrafınızdakı insanların təşəbbüslə çıxış etmələrinə imkan verin.
İşlərə praktiki yanaşın, gəlirlər barədə düşünün. Yeni işlərdə retroqradlıq etməyin, köhnə planların və ya layihələrin genişlənməsi üçün münbit zəmin hazırlayın.
Axşam saatlarında normal istirahət edin.

Buğa - hisslərlə emosiyaları qaydaya salmaq, sakit çalışmaq üçün yaxşı gündür. Sevdiyiniz insanın qayğısına qalın, onun hisslərini bölüşün.
Yaradıcılıq imkanlarınız yüksək səviyyədə olmalıdır. Ənənəvi olaraq davrandığınızdan fərqli şəkildə hərəkət edin.
Yaşam arealında qayda yaradın. Cari işlər üçün "xammal"dan savayı heç nəyə böyük məbləğdə pul xərcləməyin. İndiyədək əldə etdiklərnizlə kifayətlənin.
İdeyalar arasında da yoxlanmışları, sınanmışları seçin.
Axşam saatlarında ətrafınızdakı insanlarla münasibətlərdə daha yaxşı effektə nail olmaq üçün səxavətli davranın. Mühüm dəyişikliklərdən xəbər verən impulsları nəzərdən qaçırmayın.

Əkizlər - hadisələrin aşağı tempinə və əmək qabiliyyəti səviyyəsinin azalmasına rəğmən ruhdan düşməyin. Aktiv çalışın, məqsədə çatmaq üçün bütün vasitələrdən yararlanın.
Şəxsi münasibətlərdə və ailə üzvləri ilə təmaslarda həssas, qayğıkeş olun. Yaxın ətrafınızdakı insanlardan mümkünsüzü tələb etməyin.
Əks cins mənsubunun vədlərinə, təkliflərinə dərhal inanmayın. Düşünün, götür-qoy edin.
Yalan qurbanı ola bilərsiniz.
İrad və təkliflərinizi qulaqardına vuran insanlarla münasibətlərdə aqressiv olmayın.

Xərçəng - mürəkkəb və çətin gündür. Bir sıra situasiyalarda aktiv personajlardan birinə çevriləcəksiniz. Yaxın ətrafınızdakı insanların sizinlə bağlı gözləntiləri var.
Yaşamınızda nə isə köklü şəkildə dəyişəcək. Hər ötən saat şəraitə yeni nüanslar əlavə edir.
Qəti qərar verməyə tələsməyin, təmayül və imkanları araşdırın.
Ayın sonunadək görə biləcəyiniz işə hazırlaşmağa başlayın.
Mənasız əlaqələr, önəmini itirmiş münasibətlər, habelə zərərli vərdişdən qurtulun.
Özünüzü daha yaxşı göstərmək üçün pozitiv məkan yaranır. Səhhətinizə fikir verin, özünüzü ifrat dərəcədə yormayın.

Şir - bu gün iş və istirahət yaxşı alınacaq. Fon gərginliyi hiss oluna bilər. Başqaları qarşısında öhdəliklər enerji itkisinə, maliyyə sərfiyyatına, yardım ehtiyacı yarada bilər.
Ümumiyyətlə isə həyat sizi sevindirir. Güc və qüvvə artımı hiss olunur.
Normal ortam, rəğbət bəslədiyiniz insanla ünsiyyət, planlarınızın tədricən həyata keçməsi xüsusi əhəmiyyət daşıyır. Uzun zamandan bəri gözlədiyiniz təəssüratı ala biləcəyiniz tədbirə qatılın. Yaşımınızda yeni stimullar sizi hansısa yeni mövzunun inkişafına aparır.
Görüşlər, tanışlıqlar və təmaslarda aktiv olun.
Kimsə əhvalınızı pozmaq istəyirsə, təxribatlara uymayın.
İstirahət, şad və xoş məşğuliyyət, qonaq qəbulu üçün yaxşı gündür.
Cari situasiyalar üzərində nəzarəti zəiflətməyin. Yaşam xoşagəlməz sürprizlər "əta" edə bilər.
Bununla bağlı siqnal və işarələr əvvəlcədən əyan olursa, heç nəyi mürəkkəbləşdirməyin.

Qız - maraqlı, amma sadə olmayan gündür. Şərtlərin uğurlu düzümü, hadisələrin axarı xüsusi diqqət tələb edir.
Günün sonunadək uğur və ya uğursuzluq ötənlərdə etdiyiniz seçimin törəmə funksiyaları sayıla bilər. Diqqətli olun, işlərinizi nəzarətdə saxlayın, münasibətlərdə müdrik olun.
Tərəfdaşlara imkan verin ki, təşəbbüslə çıxış etsinlər. Onların səhvlərini xatırlatmayın, iş bölgüsünü təkrarlamayın.
Maliyyə məsələlərini zərurət yarandığı təqdirdə həll edin. Gözləyə biləcək hadisələri süni təkanla sürətləndirməyin.
Axşam saatlarında yaxınlarınıza istədikləri işlərlə məşğul olmağa imkan verin. Sakitlik və stabilliyi hər şeydən üstün tutun.
Lakin problemin təcili tənzimlənməsinə ehtiyac yaranarsa, olaylara dərhal müdaxilə edin.

Tərəzi
- cari işlərə xüsusi diqqət verin. Onların mahiyyətini anlayın, diqqət yetirin, xırda məsələlərə fikiriniz yayındırmayın.

Nigaranlıq və təlaş nə qədər az olarsa, böyük problemdən bir o qədər uğurla yaxa qurtara bilərsiniz.
Tələskən olmayın və emosional olaraq özünüzə zərbə vurmayın. Kritik səhvə yol verməyin.
Günün ikinci yarısında ev işləri ilə məşğul olun. Yaxınlarınızdan birinə yardım gərəkdirsə, ona kömək edin.
Axşam saatlarında rahat şəkildə dincəlin, ünsiyyətin intensivliyini artırmayın.
Sabah ağır və məsuliyyətli gündür.

Əqrəb
- gözlənilməz hadisələr və ya xəbər güclü emosional reaksiyaya səbəb ola bilər. Heç nəyi mürəkkəbləşdirməyə çalışmayın.

Problemləri çözün, zəif bəndə çevrilmiş məqamları qaydaya salın. Nasazlıqlar münaqişələr, xəyalların və ya arzuların puç olması o qədər də qorxulu deyil. Əksinə, bütün bunlar indi yeganə dürüst qərar verməyinizə təkan ola bilər.
İndi olayların bəzilərinin önəmi artır, bəziləri isə dramatikləşir. Səhhətinizi qoruyun, stressli situasiyalar və ya ekstrimə qatılmayın. Fiziki aktivliyi azaltmayın.
Gərginliyin azaldılması yollarını arayın.

Oxatan - etibar etdiyiniz tərəfdaşla çalışın. Böyük maliyyə xərcləri tələb edən yeniliyə və ya layihəyə başlamayın. Problemləri təzyiq və iradlar olmadan həll edin.
Sənədləşdirmədə, yazışmada, sorğulara cavab almaqda problemlər ola bilər.
Son vaxtlar çox çalışıbsınızsa, yorğunluq və süstlük hiss edə bilərsiniz.
Kənar təsir olmadan belə, səbr kasanız daşa bilər.
Aramla çalışın, təmkinli olun. Detallara və təfərrüatlara diqqət yetirin.
Xəbərlər və məlumatları həyəcanlanmadan, təşvişə qapılmadan arayın.
Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin.

Oğlaq - gün ərzində yüksək iş qabiliyyətini qoruyun. Problemlərin həllinə konstruktiv yanaşın, kəmöhvsələlik etməyin.
Kiminsə mövqeyini və fikirlərini köklü şəkildə dəyişməyə can atmayın
Aktual mövzunun möhkəmləndirilməsi, hadisələrə təmir imkanlarının artırılması ilə məşğul olun. Özünüz daha qətiyyətli və inamlı hesab etmək üçün yaşam arealınızda qayda yaradın.
Evdə kiçik təmirlə məşğul olun, əşyaları nizama salın.
Şəxsi münasibətlərdə diqqət jestləri, qayğının böyük əhəmiyyəti var.
Kiçik hədiyyələr edə bilərsiniz. Yaxınlarınızla ünsiyyətiniz xoş olsun. Onların niyyətlərini anlamağa çalışın.

Dolça - yaşam prosesləri indi transformasiya olunur. Əlaqələrin ənənəvi sxemlərində dəyişikliklər və yerdəyişmələr olacaq.
Uğurlarınız və ya uğursuzluqlarınızda maraqlı olan insanların sizi müşahidə etdiklərini görəcəksiniz.
Karmik düyünlər aktivləşir. Cari hadisələrə baxsanız, yaşamınızın məcrasının nə qədər dürüst olduğunu anlayacaqsınız. Yığdıqlarınız, itirdiklərinizi hesablayın.
Böyük maliyyə uğuru və ya əksinə, itkisi ola bilər.
Həyatınızda yeni süjet formalaşdırmağa başlanırsa, diqqətli olun. İmkan və perspektivlərinizi qiymətləndirin.

Balıqlar - bir qədər rahat nəfəs ala biləcəyiniz gündür. Konstruktiv davranın, ümumi maraqlar, hisslər və planlarınızın olduğu insanlarla görüşün. Alış-veriş üçün əlverişli gündür.
Yaxın gələcəklə bağlı planları ailənizlə müzakirə edin.
Günün ikinci yarısında istirahət üçün vaxt tapın.
Amma unutmayın ki, konkret mövzu sizdən nəzərdə tutduğunuzdan artıq diqqət və səy tələb edir.
Şərtlərin tələb etdiyi seçim sizi yeni, maraqlı yola çıxara bilər.
Yaxın ətrafınızdakı insanların reaksiyalarını diqqətlə izləyin.

Mənbə: Milli.Az

11 avqust 2013
GO BACK