Qadin.NET / Əsrin tapıntısı: 40 il meşədə yaşayan ata və oğul

Əsrin tapıntısı: 40 il meşədə yaşayan ata və oğul

Əsrin tapıntısı: 40 il meşədə yaşayan ata və oğul

Vyetnamda ata və oğulun 40 il meşədə, cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yaşadığı üzə çıxıb.

Lent.az-ın Türkiyənin NTV telekanalını istinadən verdiyi məlumata görə, kəndlilərin aşkarladığı ata və oğulun həyat hekayəsi qəribədir.

 Ho Van Tanh Vyetnam savaşı zamanı mina partlayışı nəticəsində həyat yoldaşını və iki uşağını itirib, sarsıntı keçirib. Ho Van Tanh sağ qalan 1 yaşlı, yeganə oğlu Ho Van Langı da götürərək meşəyə sığınıb. Hazırda 82 yaşlı ata və 41 yaşlı oğul 40 il ərzində cəmiyyətdən tam təcrid olunmuş vəziyyətdə yaşayıblar. Ata-oğul heyvanlardan qorunmaq üçün bir ağacda ev qurublar. Yeməkləri isə yabanı düyü, meyvə-tərəvəz və ovladıqları heyvanlar olub. Ata az danışır, oğul isə sadəcə, bir neçə söz bilir. Vyetnam rəsmiləri ata və oğlun tibbi müayinədən keçdikdən sonra cəmiyyətə yenidən inteqrasiya olmaları üçün xüsusi bir proqram həyata keçiriləcəyini açıqlayıb.
Mənbə: Lent.Az

12 avqust 2013
GO BACK