Qadin.NET / TQDK: …2 gün qaldı

TQDK: …2 gün qaldı

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bir neçə gün öncə ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul elan edib. Lent. az-ın məlumatına görə, bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün avqustun 7-dən  14-ü saat 09.00-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (tqdk.gov.az/erizemag) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər. Ərizəni təsdiq etmək üçün bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul martın 3-də və iyunun 23-də keçirilib. Qəbul ikimərhələli olacaq və imtahanda toplanılmış ballar əsasında, müsabiqə yolu ilə aparılacaq. Ali təhsil müəssisəsinin magistraturasına qəbul olunmuş bakalavrların boş qalan plan yerlərinə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

 Mənbə: Lent.az

12 avqust 2013
GO BACK