Qadin.NET / "Ayntraxt"ın prezidenti: "Artıq indidən "Qarabağ"la..."

"Ayntraxt"ın prezidenti: "Artıq indidən "Qarabağ"la..."

“Təəssüf ki, azarkeşlərimizin Azərbaycana səfəri asan olmayacaq. Bu üzdən Bakıdakı ilk oyunda böyük azarkeş dəstəyindən məhrum olacağıq”. Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, bunu Almaniyanın “Ayntraxt” klubunun prezidenti Heribert Bruhhaqen deyib.
Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Bundesliqa təmsilçisinin rəhbəri azarkeş amilinə toxunub: “Bütün azarkeşlərimizin bizimlə olmaq arzusu reallaşmayacaq. Lakin cavab oyununun bizim meydanda keçirilməsi əlavə üstünlükdür. Avqustun 29-da komandaları əsl anşlaq gözləyir. Artıq indidən “Qarabağ”la Frankfurtdakı matça 45 min bilet satılıb."
Mənbə: Milli.Az 
12 avqust 2013
GO BACK