Beynəlxalq arxeoloqlar komandası Qvatemalada aparılan arxeoloji-qazma işlərində qədim mayyaların unikal heykəlini aşkarlayıblar.Milli.Az USA Today-ə istinadən bildirir ki, alimlər mayya piramidasını araşdıranda eni 9 metr, hündürlüyü 9 metr olan daş friz və abidə tapıblar.İlkin məlumatlara görə, frizlə abidə 590-cı ildə hazırlanıb.Abidə ilə frizdə tacqoyma mərasimində olan 3 kişi əks olunub.Piramidada insan skeleti və daş-qaşla bəzədilmiş bəzək əşyaları da tapılıb.Arxeoloqların fikrincə, piramidada mayyaların əyanlarından biri dəfn olunubmuş.
Mənbə: Milli.Az