Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 19-23°, gündüz 27-32° isti, Bakıda gecə 20-22° isti, gündüz 29-31° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 80-90 faiz, gündüz 65-75 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, Sahildə 25-26° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 14-19°, gündüz 29-34° olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 8-13°, gündüz 19-24° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Havanın temperaturunun gecə 14-19°, gündüz 25-30° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Havanın temperaturunun gecə 12-17°, gündüz 23-28° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 17-22°, gündüz 29-34° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 19-22°, gündüz 27-32° isti, dağlarda gecə 9-14°, gündüz 20-25° isti olacağı gözlənilir.
Mənbə: Milli.Az