Qadin.NET / İdmançılarımız ABŞ-da iki Olimpiya lisenziyası qazandılar

İdmançılarımız ABŞ-da iki Olimpiya lisenziyası qazandılar

 

 

ABŞ-ın Mayami şəhərində yeniyetmə cüdoçular arasında dünya birinciliyinə start verilib. Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurla başa çatıb.
Belə ki, tatamiyə çıxan 5 idmançımızdan 2-si fəxri kürsüyə yüksəlməyi bacarıb. Cüdoçularımızdan Natiq Qurbanlı (50 kq) bütün rəqiblərinə qalib gələrək çempion olduğu halda, Leyla Əliyeva (40 kq) yalnız finalda uduzaraq, gümüş medalla kifayətlənib.
Onlar həlledici görüşə çıxmaqla, həmçinin gələn il avqustun 16-dan 28-dək Çinin Nanjinq şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya da qazanıblar.
Qeyd edək ki, hələ 7 cüdoçumuzun da mübarizəyə qoşulacağını nəzərə alsaq, lisenziyaların sayı daha da arta bilər.
Mənbə: Milli.Az

10 avqust 2013
GO BACK