İspaniyanın "Real" (Madrid) klubu İngiltərə "Tottenhem"inin ulduzu Qaret Beyli transfer etməyə hazırlaşır.
Milli.Az AHT-yə istinadən bildirir ki, Beyl üçün "mahmızlılar" 120 milyon dollar tələb edirlər.
"Kral klubu"nun prezidenti Florentino Peres və "Tottenhem"in prezidentiDaniel Levi arasında aparılan danışıqlarda Qaret Beylin transferinin toplam məbləği 230 milyon avronu keçib.
Belə ki, 23 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalamağı planlaşdıran "Real" Qaret Beylə həftədə 230 min avro maaş vəd edir.
Transferin əsas məbləği və futbolçunun maaşının vergi ödənişləri, menecerlərə ödənəcək pulları verməklə yanaşı, ispanlar Beylin "Tottenhem"dən bundan sonra alacağı 1 ilin maaşını da verməlidir.
Mənbə: Milli.Az