Qadin.NET / "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində rəqibi müəyyənləşdi

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində rəqibi müəyyənləşdi

 

 

Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan Ağdamın "Qarabağ" klubunun rəqibi müəyyənləşib. Trend-in yaydığı xəbərə görə, komandamızın rəqibi Almaniyanın "Ayntraxt" klubu olub.

Komandaların pley-off mərhələsində ilk oyunu Bakıda baş tutacaq.

Qeyd edək ki, milli komandaların gələn həftə keçirəcəyi yoxlama görüşləri ilə əlaqədar Avroliqada növbəti mərhələnin matçlarına avqustun 22-də start veriləcək. Cavab oyunları isə avqustun 29-da baş tutacaq.

"Qarabağ" ilk 3 mərhələdə Makedoniyanın "Metallurq" (1:0, 1:0), Polşanın "Pyast" (2:1, 2:2) və İsveçin "Qefle" (1:0, 2:0) klublarını mübarizədən kənarlaşdırıb.

Mənbə: Trend.az

10 avqust 2013
GO BACK