Qadin.NET / Mona Lizanın sirri açılır

Mona Lizanın sirri açılır

 Mona Lizanın sirri açılır

Bu gün italiyalı arxeoloqlar  15-ci əsrdə Florensiyada yaşamış Liza Qerardininin qəbrini açacaq.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, tarixçilər Leonardo da Vinçinin “Mona Liza” (Cokonda) əsərində məhz bu qadını təsvir etdiyinə əmindirlər.
Bu günə qədər gəlib çatmış məktubda Leonardo da Vinçinin 
məhz Liza Qerardinini təsvir etdiyi qeyd olunur. O, Leonardo da Vinçinin evinin yaxınlığında yaşayıb.Arxeoloqlar əvvəlcə cəsədin qalığını eksqumasiya edəcək. Daha sonra isə Liza Qerardininin xarici görkəmini bərpa etmək üçün çalışacaqlar.
Mənbə:Lent.az 

10 avqust 2013
GO BACK