Qadin.NET / Əli Həsənov ipotekadan danışdı

Əli Həsənov ipotekadan danışdı

 Əli Həsənov ipotekadan danışdı

“Bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev ipoteka vəsaitlərindən istifadənin yeni konsepsiyasını irəli sürüb. Lent.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirib. Onun sözlərinə görə, qeyd olunan  konsepsiya odur ki, gənc alimlər, gənc nəsil ipoteka kreditlərindən istifadənin ən asan yolları ilə rastlaşmalıdır: “İlkin ödəniş ya aradan qaldırılmalı, ya da o ödənişi dövlət uzunmüddətli kredit şəklində verməlidir.
İpoteka alınması üçün prosedur qaydaları sadələşdirilməlidir. Bankların, ipoteka vəsaitlərinin sayı artırılmalıdır. Bu gün təkcə valyuta ehtiyatlarımız 50 milyard dollardır. Təkcə onun 5 milyardı yetərlidir ki, Azərbaycanın bütün gənc nəsli ipotekaya cəlb olunaraq özünün mənzil şəraitini yaxşılaşdırsın. Bu siyasət var, artıq mövcuddur".PA 
rəsmisinin sözlərinə görə, NK-nın iclasında verdiyi tapşırıqlar həm bank sektorunda, həm İqtisadi İnkişaf Nazirliyi tərəfindən, həm də elm haqqında və gənclərin inkişafı ilə bağlı dövlət proqramlarında nəzərə alınır: "Əmin olun ki, yaxın zamanlarda gənclər o ipotekalardan rahatlıqla istifadə edib öz mənzil şəraitini yaxşılaşdıracaqlar ".
Mənbə: Lent.az 

  

 

10 avqust 2013
GO BACK