Bu gün Masallıda uzunluğu 4 kilometr olan Kürdəbaz-Qarğalıq və uzunluğu 1,5 kilometr olan Sərçuvar-Sirəbil avtomobil yolunun açılışı olub. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən kənd ağsaqqalları Rəbbin Kərimov, Azər İsmayılov, ziyalı Zayid Məmmədov, şəhid atası Hidayət Əliyev və başqaları onların sosial problemlərinin həllinə həssaslıqla yanaşdığı üçün ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirərək, qarşıdan gələn prezident seçkilərində alternativi olmayan İlham Əliyevə yekdilliklə səs verəcəklərini bildiriblər.
Sonda rəmzi qırmızı lent kəsilib və iki təzə yola baxış keçirilib.
Mənbə: Lent.az