Qadin.NET / Azərbaycanın bank sistemində elektron imza xidməti tətbiq edilir

Azərbaycanın bank sistemində elektron imza xidməti tətbiq edilir

Azərbaycanın bank sistemində elektron imza xidməti tətbiq edilir

Bu il avqustun 2-də Vergilər Nazirliyi və "Asan İmza"nın operatoru "Best Solutions" şirkətinin təşkilatı dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovasiya Mərkəzində "Asan İmzanın İnternet/Mobil bankçılıqda tətbiqi" mövzusunda proqram təminatı üzrə Azərbaycanda bank sektorunda fəaliyyət göstərən IT mütəxəssislər üçün treninq təşkil olunub.
 "Best Solutions"dan cümə günü Trend-ə verilən məlumata görə, kursun məqsədi - İT mütəxəssislərinə vətəndaşlar, dövlət qulluqçuları, hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün autentifikasiya və Asan İmza (Mobil imza) xidmətlərinin internet və mobil bank sistemlərində tətbiqində dəstəyin təmin edilməsindən ibarətdir.Asan İmza komandası tərəfindən keçirilən treninqdə Azərbaycanda fəaliyyət göstərən 20-dən artıq bankın İT departamentlərinin nümayəndələri iştirak edirdi. Kurs zamanı İT mütəxəssislər Asan İmzanın bank, eləcə də digər sistemlərdə inteqrasiyası üçün vacib olan üsullar haqqında ətraflı məlumatlandırılmaqla yanaşı onları maraqlandıran suallara da cavab ala bildirlər.
Azərbaycanda fəaliyyət göstərən banklar və digər ödəniş sistemlərinin Asan İmza xidmətinə qoşulması nağdsız ödənişlərin sürətli inkişafı və yayılması üçün əsas olacaqdır. Artıq maliyyə sektorunda Asan İmzanın istifadəsi ilə reallaşdırılan bir sıra yeni e-xidmətlərin, məs: hesabın açılması, kreditin alınması, ödənişin aparılması, sığortanın tərtibi və digər xidmətlərin tətbiqi planlaşdırılmışdır. Bütün bu proseslər banka gəlmədən istifadəçinin kompüteri və ya mobil telefonu vasitəsilə həyata keçirilir.
Məlum olduğu kimi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin qərarı əsasında yaradılmış Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) - autentifikasiya və Asan İmza mobil elektron imza sertifikatlarını təqdim edir və dövlət strukturları, özəl sektor və vətəndaşlar tərəfindən sertifikatların və elektron imzaların istifadəsini təmin edən digər xidmətləri həyata keçirir.
Mərkəz 09.04.2013-cü il tarixdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən akkreditə edilmiş və dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərə təkmil sertifikat vermək hüququna malikdir.

Mənbə:Trend.az 

8 avqust 2013
GO BACK