Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM) apteklərdə reydlərini davam etdirir. Lent.az-ın məlumatına görə, DVAEM-in Binəqədi rayonunda və Sumqayıt şəhərində apteklərdə apardığı reydlər zamanı bir neçə 42 aptekdə 1886 qutu sertifikatsız dərman aşkarlayıb. Belə ki Sumqayıtda 18, paytaxtın Binəqədi rayonunda 24 əczaxanaya baxış keçirilib. 42 aptekin heç birində şəraitlə bağlı çatışmazlıq qeydə alınmayıb. Buna baxmayaraq, qeyd olunan obyektlərdə sertifikatsız dərmanlar aşkar edilib.
Həmçinin, Binəqədi rayonu ərazisində yerləşən apteklərin birində 1-ci qrup vərəm əleyhinə preparatların satılması faktı da qeydə alınıb ki, bu da qanuna ziddir.
Mənbə: Lent.az