Qadin.NET / Qol vuran qazanır!

Qol vuran qazanır!

Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Rəvan” ilk ev oyununu keçirəcək. Milli.Az Azerisport.az-a istinadən xəbər verir ki, “Bayıl Arena”da “aslanlar” “Neftçi” ilə qarşılaşacaq.

Ramil Əliyevin komandası bu oyuna ciddi hazırlaşır. Bu arada tarixə boylanmağa da dəyər.
Belə ki, bu, sözügedən komandalar arasında 5-ci paytaxt derbisi olacaq. İndiyə qədər tərəflər arasında baş tutmuş 4 qarşılaşmada “Rəvan”ın 1, “ağ-qaralar”ın isə 3 qələbəsi var.
“Rəvan”ın "Neftçi” ilə oyunlarında maraqlı tendensiya yaşanır: qol vuran tərəf qalib gəlir! Yəni hər oyunda yalnız 1 komanda fərqlənir.
Son 3 dueldə meydan sahiblərinin qalib gəldiyini də vurğulayaq.

Mənbə: Milli.Az

8 avqust 2013
GO BACK