Qadin.NET / "Barselona" və "Real"a zərbə: o birilərə tay olacaqlar

"Barselona" və "Real"a zərbə: o birilərə tay olacaqlar

 

 

Avropa Komissiyası İspaniyanın "Barselona" və "Real" klublarının vergi ödəyicisi kimi imtiyazlarını azaldacaq.
"Real" və Barselona" futbol klubları yaxın vaxtlarda Avropa Komissiyasının qərarına əsasən, seşkili prezident vasitəsi ilə azarkeşlər tərəfindən idarə olunan imtiyazlı statuslarından məhrum oluna və açıq tipli məhdud məsuliyyətli şirkətlərə çevrilə bilərlər.
Milli.Az-ın Sports-a istinadən məlumatına görə, Avropa Komissiyasının 4 illik araşdırması təsdiq edir ki, ispan "nəhənglərinin" xüsusi statusu onlara imkan verib ki, dövlət vəsaitlərini qeyri-qanuni mənimsəsinlər.
1990-cı ildə İspaniya hökumətinin qərarına əsasən, "Real", "Barselona", "Atletiko" və "Osasuna"dan başqa bütün klublar məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevriliblər.
Bununla da yuxarıda adları çəkilən 4 klub vergi ödənilməsi və digər başqa aspektlərdə ciddi imtiyazlar və üstünlüklər əldə ediblər. 

Mənbə: Milli.Az

8 avqust 2013
GO BACK