Qadin.NET / Gəncənin 4 saylı tam orta məktəbi "İlin ən yaxşı ümumtəhsil məktəbi" seçilib

Gəncənin 4 saylı tam orta məktəbi "İlin ən yaxşı ümumtəhsil məktəbi" seçilib

Gəncənin 4 saylı tam orta məktəbi "İlin ən yaxşı ümumtəhsil məktəbi" seçilib

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Prezident İlham Əliyev 2012/2013-cü tədris ili üzrə keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. Qaliblər içərisində Gəncənin bir məktəbi də var.
Sərəncama əsasən, müsabiqədə müvəffəqiyyət qazandıqlarına görə 50 ümumtəhsil məktəbinə 10.000 manat məbləğində birdəfəlik pul mükafatı verilib. Gəncənin 4 saylı tam orta məktəbi artıq ikinci dəfədir ki, bu mükafata layiq görülür.
4 saylı tam orta məktəbin direktoru Əliağa Səfərəliyev: “Möhtərəm prezidentimiz tarixi əhəmiyyətli sərəncam imzaladı. Ənənəvi olaraq “İlin ən yaşı ümumtəhsil məktəbi” və “İlin ən yaxşı müəllimi” nominasiyası üzrə müsabiqənin nəticələri haqda sərəncam imzaladı. Çox sevindirici haldır ki, bu sərəncamda Gəncə şəhərinin Mehdi Mehdizadə adına 4 nömrəli tam orta məktəbinin də adı var, eyni zamanda məktəbin bir ingilis dili müəlliməsi -Nərgiz Qurbanova da “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi adını qazandı”.
Sərəncamda göstərilən pul mükafatı ölkə prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri” haqqında fərmanına uyğun şəkildə ödəniləcək.
Qeyd edək ki, 4 saylı tam orta məktəb respublika səviyyəli mükafatlar almağa bir növ adət edib. Belə ki, ardıcıl 4-cü ildir ki, həmin məktəbin bir müəlliməsi “İlin ən yaxşı müəlliməsi” mükafatına layiq görülüb. 

Mənbə: Milli.Az

8 avqust 2013
GO BACK