Qadin.NET / Samsung indi də Tzen-ə başlayır

Samsung indi də Tzen-ə başlayır

Samsung şirkətinin rəhbərlərindən biri Cey Key Şin Tizen əməliyyat sisteminin (ƏS) sonrakı inkişafına dair məlumatla bölüşüb.

Şin deyib ki, Tizen ƏS-i Android platformasına alternativ sayılır. Sözügedən sistemin inkişafı nəticəsində onun tətbiq sahəsini genişləndirmək planlaşdırılır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Şinin sözlərinə görə, Tizen ƏS-i yalnız cihazlarda (smartfon, planşet, kompüter, kamera) deyil, həm də avtomobil, bank kimi başqa sənaye sahələrində tətbiq edilə bilər.
Tizen platforması birgə hazırlamadır və 12 şirkət tərəfindən dəstəklənir. Lakin məhz Samsung və Intel şirkətləri ən aktiv istehsalçılardır.

Mənbə: Milli.Az

8 avqust 2013
GO BACK