Qadin.NET / Viruslar Android-li smartfonları sevir

Viruslar Android-li smartfonları sevir

 

Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar daha çox haker və virus hücumlarına məruz qalır. Çində mobil şəbəkələrin təhlükəsizlik məsələləri ilə məşğul olan Tencent Mobile Security Laboratory xidmətinin nümayəndələri belə düşünür.

 

Ekspertlər xəbərdarlıq ediblər ki, virusa yoluxma təhlükəsi zərərli proqramların yerləşdirildiyi pulsuz, adətən lisenziyalaşdırılmamış əlavələr yüklənən zaman baş verir. Bu proqramlar aktivləşdiriləndə onlar spamı (qeyri-qanuni reklam) yaya bilir və istifadəçinin şəxsi məlumatlarını oğurlayır.
Şirkətin məlumatına görə, cari ilin birinci yarısında Çində 43 milyon smartfon müxtəlif növ virusların hücumuna məruz qalıb ki, bunun da 38 milyonu Android sistemli olub. Hesabat dövründə mütəxəssislər 316 min müxtəlif növ zərərli proqram aşkarlayıb. Bunun 303 mini Android əsasında işləyən qurğular olub.
Milli.Az ICTnews-a istinadən bildirir ki, ötən ilin analoji göstəricisi ilə müqayisədə belə hücumların sayı təxminən 8 dəfə artıb, - araşdırmada qeyd olunub.
Çinli ekspert Lyu Çjaoxuanın bildirdiyinə görə, smartfonlar üçün əksər proqram tərtibatçıları hətta spam proqramlarının yaradılması ilə məşğul olan şəxslərlə əməkdaşlıq edirlər ki, sürətlə inkişaf edən mobil şəbəkə bazarında əlavə dividendlər əldə etsinlər.

Mənbə: Milli.Az

8 avqust 2013
GO BACK