Qadin.NET / Ən uzunömürlü smartfon satılacaq

Ən uzunömürlü smartfon satılacaq

Bir çox smartfon istehsalçıları aparatın qalınlığını kiçiltməyə çalışırlar, lakin çox vaxt onun avtonom iş vaxtı barədə unudurlar. Başqa şirkətlər də problemi həll etməyə cəhd edirlər. Motorola Droid MAXX, Samsung Galaxy Note xəttini, həmçinin Lenovo P780 və Oppo Find 7 (hər ikisi 4000 milliamper/saat tutumunda batareya ilə təchiz edilib) smartfonlarını nümunə kimi göstərmək olar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Android platforması ilə işləyən Changhong Z9 smartfon 5000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Aparatın korpusunun qalınlığını 8,99 millimetr təşkil edir. Qurğu 5.5 düymlük HD təsvir ölçülü ekran, 8 meqapiksellik kamera, 1.2 QHs takt tezlikli dördnüvəli MT6589 prosessoru və 1 QB əməli yaddaşla təchiz edilib.

Mənbə: Milli.Az

9 avqust 2013
GO BACK