Ramazan bayramı nə vaxt olacaq?
Şamaxı Rəsədxanası ilə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu məsələdə fərqli mövqe nümayiş etdirib. Bunlardan hansı düzgündür? Mövzu ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) onlara ünvanlanan çoxsaylı sorğulara cavab verib.
DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komitənin cavabında deyilir:
"Şamaxı Rəsədxanası astronomik hesablamalara görə ayın yenilənməsi ilə bağlı məlumat verə bilər. Bu, işin elmi tərəfidir. Lakin bayramın tarixi dini amillərdən asılı olduğunu nəzərə alaraq, fitva vermək səlahiyyəti QMİ-nindir."
Mənbə: Trend.Az