Qadin.NET / Bu noutbuk Günəşdən qidalanır

Bu noutbuk Günəşdən qidalanır

WeWi Telecommunications şirkətinin hazırladığı Sol noutbukuna bir neçə günəş paneli inteqrasiya edilib. İstehsalçılar əmin edirlər ki, qurğu günəş enerjisinin elektrik enerjisinə çevrilməsi hesabına işləməyə qadirdir.

Günorta bu yolla əldə edilən enerjiyə aparatın işləməsi üçün kifayətdir, gecə isə akkumulyator işlətmək olar. Günəş paneli ilə təchiz edilmiş akkumulyatorun enerji ilə yüklənməsi üçün təxminən 2 saat vaxt lazımdır, akkumulyatorun avtonom iş müddəti isə 8-10 saat təşkil edir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Sol noutbuku 1366x768 nöqtə təsvir ölçülü 13,3 düymlük ekran, 1.86 QHs takt tezlikli ikinüvəli Intel Atom D2500 prosessoru, 2 və ya 4 QB əməli yaddaş və 320 QB tutumunda sərt disklə təchiz edilib. Sözügedən aparat, həmçinin 3 meqapiksellik veb-kamera, SD/MS/MMC kard-rideri, Ethernet şəbəkə portu, Wi-Fi 802.11b/g/n və Bluetooth 4.0 simsiz rabitə modulları ilə təchiz edilib. Bundan başqa, 3G/4G/LTE şəbəkələrini dəstəkləyən modem, GPS modulu, üç USB 2.0 portu, iki dinamik, mikrofon, HDMI videoçıxışı var. Ubuntu əməliyyat sistemi quraşdırılıb.
Tezliklə Sol noutbukunun satışlarına başlanılmalıdır. Onun qiyməti 350 və ya 400 dollar təşkil edə bilər.

Mənbə: Milli.Az

8 avqust 2013
GO BACK