Qadin.NET / Sinoptiklərdən bayramla bağlı əhaliyə bəd xəbər

Sinoptiklərdən bayramla bağlı əhaliyə bəd xəbər

Sinoptiklərdən bayramla bağlı əhaliyə bəd xəbər
Sabah Azərbaycan ərazisində yenidən temperatur düşəcək, yağış yağacaq

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Bakı və Abşeron yarımadasında avqustun 8-də havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı gözlənilir. Gün ərzində qısamüddətli yağış yağacaq. Şimal-qərb küləyi əsəcək.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 18-23, gündüz 25-30 dərəcə olacaq.

Azərbaycanın rayonlarında avqustun 8-də əsasən şimal rayonlarından başlayaraq şimşək çaxacaq, arabir yağış yağacaq. Aran rayonlarında havanın temperaturu gecə 18-23, gündüz 27-32 dərəcə, dağlıq ərazilərdə gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

Məlumata görə, qeyri-sabit hava şəraiti avqustun 11-nə kimi davam edəcək. 

Mənbə: Milli.Az

7 avqust 2013
GO BACK