Qadin.NET / Bakıda 3G mobil internet niyə bahadır?

Bakıda 3G mobil internet niyə bahadır?

Bakıda 3G mobil internet niyə bahadır?

Oxucu Azərbaycanda internetin baha olmasından şikayətlənir. Nar 3G-dən istifadə edən oxucu Milli.Az-a ünvanladığı məktubda iradını əsaslandırmağa çalışıb.
Məktubda deyilir ki, Nar 3G-də 20 manatlıq internetin sürəti saniyədə 7 mb-dir. Amma 20 gb-dan sonra sürət 128 kb-a düşür. Moskvada 60 meqabayt sürəti olan internet  cəmi 10 manatdır.
“Azərfon”un mətbuat xidmətinin rəhbəri Nigar Arxadarai Milli.Az-a açıqlamasında bildirdi ki, abonent problemi haqda [email protected] elektrun ünvanına yazsın. Problem araşdırılandan, yoxlanılandan sonra bu məsələyə aydınlıq gətirmək olar.
Şirkət rəsmisinin sözlərinə görə, burada bir neçə səbəb ola bilər: “Bəlkə həmin şəxsin nömrəsində problem var? Abonentin yaşadığı ərazidə siqnalın zəif olması mümkündür. Səbəb çox ola bilər. Ona görə də, abonent bizə müraciət etsin və prolemə aydınlıq gətirilsin. Çünki ən ucqar ərazilərdə belə Nar 3G normal işləyir”.
N.Arxadarai internetin baha olmasına da münasibət bildirdi. Dedi ki, Nar 3G ölkədə ən ucuz mobil internetdir. 

Mənbə: Milli.Az

7 avqust 2013
GO BACK