Qadin.NET / Azərbaycanda 50 milyon il əvvələ məxsus tapıntı aşkarlanıb

Azərbaycanda 50 milyon il əvvələ məxsus tapıntı aşkarlanıb

Azərbaycanda 50 milyon il əvvələ məxsus tapıntı aşkarlanıb 
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Mingəçevir sakini Tərlan Əliyev maraqlı bir tapıntı ilə çıxış edib. O, təxminən 50 milyon il eramızdan əvvəlki dövrə aid ilbiz tapdığını bildirib.

Hal-hazırda elə güman edir ki, tapdığı ilbizdir hansı ki, buz dövründə kristallaşıb. Həmin tapılan tapıntı "kristal" formasında ilbizə bənzəyir. Ancaq onun doğrudan nə olduğunu və qədim dövrlərə aid olub-olmadığını bilmək üçün Tərlan mütəxəssislərin köməyini gözləyir. Qeyd edək ki, ilbiz balıqqulağına oxşar bərk çanaq içərisində yaşayan yumşaq bədənli molyuskdur. Onun müxtəlif növləri var.

Böyük Britaniyanın Nottinqem universiteti buna bənzər bir tarixi tapıntı ilə qarşılaşıb.

Alimlər ilbizlərin növünə uyğun olaraq məxsus olduqları ərazidə deyil, başqa bir yerdə tapılmasından fakt ortaya çıxarıblar. Fakta görə həmin ərazidə insan yaşayıb, çünki onlar ilbizləri saxladıqlarına görə miqrasiya vaxtında özləri ilə daşıyıblar.

Mənbə: Trend.Az

7 avqust 2013
GO BACK