"Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi hələki mobil operatorlarla bağlı məhkəməyə müraciət etməyib. Amma bu, o demək deyil ki, mobil operatorlara hər hansı güzəşt ediləcək, yaxud da onlar məhkəməyə verilməyəcək. Hələki məhkəməyə hazırlıq işləri aparılır. Sənədlər hazır olan kimi məhkəməyə müraciət ediləcək”.
Bu sözləri Movqe.az-a Mövqe.az Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov söyləyib. M. Əmirov deyib ki, hökumət tərəfindən maliyyələşdirilən "Mobil Nömrələrin Daşınması” idarəetmə sistemi hələ bir il öncə hazır olub. Amma mobil operatorlar sistemin tətbiqini gecikdirirlər. Buna görə də, nazirlik ölkədə fəaliyyət göstərən mobil operatorları məhkəməyə verməyə israrlıdır. M. Əmirov "Mobil Nömrələrin Daşınması Sistemi”nə artıq qoşulan mobil operatorun da məhkəyə veriləcəyini söyləyib. Nazirlik səlahiyyətlisi bildirib ki, sistemə yenicə qoşulan mobil operatorun adı məhkəməyə veriləcək mobil operatorların siyahısından çıxarılmayacaq. Çünki, bütün mobil operatorlar artıq sistemin bir ildir ki, hazır olmasına baxmayaraq, nomrə daşınması xidmətini tətbiq etməməklə nazirliyə maddi ziyan vurublar. Və həmin ziyanı ödəməlidirlər.
Qeyd edək ki, ölkədə "Mobil Nömrələrin Daşınması” Sistemi”nə keçid avqust ayının 1-də etibarən baş tutmalı idi. Amma hələki mobil operatorlardan bu xidməti yalnız Bakcell şirkəti tətbiq edir.
Mənbə: Milli.Az