Qadin.NET / Futbol xəzinə imiş: 6 aya 400 milyon dollar

Futbol xəzinə imiş: 6 aya 400 milyon dollar

Son 6 ayda Braziliya və Argentina futbolçuların satışından 400 milyon dollar qazanıblar

Milli.Az "Zaman Azərbaycan"a istinadən bildirir ki, 2013-cü ilin ilk yarım ili ərzində Latın Amerika ölkələri ümumi məbləği 1,1 milyard dollara yaxın olan 5000 futbolçunu ölkə xaricinə satıblar. Təkcə Braziliya və Argentina 3000 oyunçu ixrac edərək, bu sövdələrdə 400 milyon dollar pul qazanıblar. Bu barədə “Quartz” agentliyi məlumat verib. Məlumatda bildirilir ki, ümumilikdə isə Latın Amerikası ölkələri tərifindən ixrac edilən futbolçuların dəyərinin pulla ifadəsi satılan mal-qaraya görə əldə edilən vəsaiti üstələyib.
 
Argentina futbolçuların ölkə xaricinə satışı sayəsində ölkə xaricinə göndərilən ətin 25% məcmu dəyərini əldə edib. Braziliyada isə futbolçu satışı sayəsində xəzinəyə daha çox pul daxil olub, nəinki silah ixracından. Ekvador isə oyunçu satışından daha çox qazanıb, nəinki çay və qəhvə satışından. Uruqvay balıq, Peru isə kakao ixracından daha çox futbolçu satışından qazanıb. Təbii ki, futbolçuların satışı sayəsində əldə edilən vəsaitin böyük bir hissəsi onların klublarına və agentlərinə çatır, büdcə isə dolayı gəlir əldə edir və bu da vergilər sayəsində mümkün olur. Braziliya oyunçuları ilə bağlı cari ildə baş tutan ən bahalı sövdələşmələr Neymarın Madrid Barselonasına, Paulinyonun isə Tottenhemə satışları olub.

Mənbə: Milli.Az

7 avqust 2013
GO BACK