“Forbes” jurnalında 2013-cü ildə dünyanın ən varlı idmançılarının siyahısını açıqlanıb. Lent. az-ın məlumatına görə, siyahıda 2012-ci ilin iyunundan bu ilin iyununadək kişi və qadın idmançıların gəlirləri əksini tapıb.
Qadın idmançılar arasında 1-ci yeri rusiyalı tennisçi Mariya Şarapova tutub. Şarapova əldə etdiyi 29 milyon dolların 6 milyon dollarını mükafat, 23 milyon dollarını isə sponsor müqavilələri üzrə ödənişlər və reklamlarda iştirakı qarşılığında qazanıb.
2-ci yeri 20,5 milyon dollar gəlirlə ABŞ tennisçisi Serena Uilyams tutub. O, 8,5 milyon dollar mükafat, 12 milyon dollar isə sponsorlardan əldə edib.
3-cü pillədə isə 18,2 milyon dollar (3,2 milyon dollar mükafat və 15 milyon dollar sponsor ödənişi) qazanmış çinli tennisçi Li Na qərarlaşıb.
Kişilər arasında ən ödənişli idmançı ABŞ qolfçusu Tayger Vuds olub. O, bir ilə 78,1 milyon dollar qazanıb.
2-ci yer isveçrəli tennisçi Roje Federerə (71,5 milyon dollar)
3-cü pillə isə “Los Anceles Leykers”in basketbolçusu Kobe Brayanta (61,9 milyon dollar) məxsusdur.
Mənbə: Lent.az