Elmar Məmmədyarovun Nyu-Yorka səfəri başlayıb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfər edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi BMT Təhlükəsizlik Şurasının “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT ilə regional və sub-regional təşkilatlar arasında əməkdaşlıq” mövzusunda avqustun 6-da keçiriləcək açıq müzakirələrdə iştirak etməkdir.
Görüşə Argentinanın Prezidenti xanım Kristina Fernandez Kirşner sədrlik edəcək.
Səfər müddətində nazirin BMT TŞ-da çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulur.
Mənbə: Lent.Az