ABŞ prezidenti Barak Obama Administrasiyası avqustun 3-də ölkə ərazisində iPhone smartfonunun və iPad planşet kompüterinin satışına qoyulmuş qadağanı ləğv edib.
Ağ Ev nümayəndələrinin fikrincə, Apple şirkətinin bəzi məhsullarının satışına qadağa ölkə iqtisadiyyatında rəqabət şəraitinə və ABŞ istehlakçılarına təsir edir.
Qeyd edək ki, Apple-ın satışlarının məhdudlaşdırılması ilə bağlı qərar ABŞ Beynəlxalq Ticarət Komissiyası tərəfindən rəqibini patent hüququnun pozulmasında təqsirləndirən Samsung şirkətinin qaldırdığı iddiası əsasında tətbiq edilib. Qadağa AT&T, iPhone 3GS rabitə operatorları üçün iPhone 4 qurğularına, eləcə də AT&T-in müqaviləsi əsasında satılan iPad 3G və iPad 2 3G planşetlərinə şamil olunub.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Ağ Ev komissiyanın qadağasını 1987-ci ildən bəri ilk dəfə ləğv edib. Prezident Barak Obama Administrasiyası patent mübahisələri əsasında qadağaların əleyhinədir və onları pul cərimələri ilə əvəzləməyi təklif edir.
Apple və Samsung arasında patent mübahisəsi 2010-cu ildən davam edir. Şirkətlər bir-birini qurğuların xarici görünüşünün və funksiyalarının üzünün köçürülməsində, eləcə də texnoloji innovasiyalardan istifadədə günahlandırırlar. 2012-ci ilin avqustunda məhkəmə Samsungu Apple-ın 5 patentini pozmaqda təqsirli bilərək onu 1,05 milyard dollar cərimə edib. 2013-cü ilin martında cərimə təxminən 2 dəfə azaldılıb.
Mənbə: Milli.Az