Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Yevlax rayonu ərazisində avtomobil yollarında təhlükəsizliyin təmini məqsədilə reydlər keçirilir.
Reydlərə Mingəçevir Şəhər Dövlət Yol Polisinin əməkdaşları da cəlb olunublar. Bu gün 4 saata yaxın davam edən reyd zamanı yol-nəqliyyat qaydalarını pozan xeyli sayda sürücü qeydə alındı. Onlar qanuna uyğun şəkildə cərimələndilər. Texniki cəhətdən nasaz olan, normadan artıq yük daşıyan avtomobillər cərimə meydançasına aparıldı.
Reyd zamanı polisə tabe olmaq istəməyən sürücülər də oldu. Onlar asayış qaydalarını pozduqlarına görə Yevlax Rayon Polis Şöbəsinə aparıldılar. Reyd davam edəcək.
Mənbə: Milli.Az