USB 3.0 Promoter Group təşkilatı USB 3.1 standartının spesifikasiyası təsdiqlənib. Sözügedən standartda verilənlərin USB interfeysi vasitəsilə maksimal ötürülmə sürəti 10 Gbit/san olub. Bu o deməkdir ki, Intel, AMD və başqa şirkətlər USB 3.0 standartından 2 dəfə sürətli işləyəcək yeni mikrosxem yığımı üzərində işə start verə bilərlər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni USB standartı 3.0/2.0 standartları ilə uyğun olacaq. Bununla belə, köhnə konnektor və kabellərdə maksimal sürət 5 Gbit/s olacaq.
USB 3.1 qurğularına həsr edilmiş istehsalçılar üçün Promoter Group konfransı avqustun 31-də keçiriləcək.
Göründüyü kimi, təşkilat heç də tələsmir, o əmindir ki, USB 3.1 interfeysi bu ilin iyununda Intel korporasiyası tərəfindən elan edilmiş Thunderbolt 2 ilə daha geniş tətbiq olunacaq.
Mənbə: Milli.Az