Qadin.NET / Heyvanları fikirlə idarə etmək olacaq?

Heyvanları fikirlə idarə etmək olacaq?

Harvard Universitetinin əməkdaşlarının hazırladıqları unikal cihaz düşüncənin gücü ilə heyvanların davranışını idarə etməyə imkan verəcək.

 

Milli.Az ICTnews-a istinadən bildirir ki, laboratoriya şəraitində yeni qurğu siçovul üzərində sınaqdan keçirilib. İnsan başına xüsusi dəbilqə geyinir, gəmiriciyə isə xüsusi beyin interfeysi implantasiya edilir. Bundan sonra insan monitorda bəzi təsvirləri izləyərək siçovula beyin impulsu göndərir və sonuncunun beynində davranış üçün cavabdeh olan müəyyən neyronlar canlanır.
 
Düşüncənin gücü ilə heyvanların idarə edilməsi texnologiyası hələ ki ilkin inkişaf mərhələsindədir. Sözügedən texnologiya öz yüksək effektivliyini sübut edib: siqnalın emalına 1.5 saniyə vaxt sərf olunur, dəqiqlik isə 94% təşkil edir.
 
Mənbə: Milli.Az
5 avqust 2013
GO BACK