Qadin.NET / "Onlayn fikir bankı” yaradılacaq

"Onlayn fikir bankı” yaradılacaq

2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı olaraq “Onlayn fikir bankı”nın yaradılması istiqamətində texniki tapşırıq hazırlanıb. 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, yaxın zamanda ideya bankının yaradılması ilə bağlı müqavilənin bağlanması nəzərdə tutulub. 

 

Qeyd edək ki, Tədbirlər Planı üzrə müvafiq tədbirin icrası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasına həvalə edilib.

Mənbə: Lent.Az

5 avqust 2013
GO BACK