Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, İmişli rayonunda iftar süfrəsi açılıb. Rayonun Mərkəzi parkında düzənlənən tədbirdə 200-ə yaxın sakin bir araya gəlib, Tanrı dərgahına dualar oxuyublar. Daha sonra oruc tutan şəxslər iftarlarını açıblar. İftar gecəsində müsəlman dünyasında müqəddəs Ramazan ayının vacib olmasından söhbət açılıb. Bidirilib ki, hər bir müsəlmanın əməl edəcəyi əsas beş şərtlərdən biri də oruc tutmaqdır.
Həmçinin orucluq ayının insan sağlamlığında olan əhəmiyyətindən danışılıb. Müqəddəs Ramazan ayında millətimiz dövlətimizin daim ucalarda olması və xətalardan uzaq olması üçün dualar edilib. Qeyd olunub ki, müqəddəs ayda bir xeyir işləyən kimsə digər aylarda bir fərz işləmiş kimi olar. Ramazan ayında bir fərz işləyən isə digər aylarda yetmiş fərz işləyən kimidir. Ramazan səbr ayıdır, səbrin qarşılığı isə Cənnətdir. Diqqətə çatdırılıb ki, Ramazan ayı elə bir aydır ki, əvvəli rəhmət, ortası bağışlama sonu isə Cəhənnəm atəşindən qurtuluşdur. Bu ayda kölə və xidmətçilərinin yükünü yüngülləşdirən kimsəni Allah bağışlayar və Cəhənnəm atəşindən qurtarar.
Mənbə: Milli.Az